2018-ci ilin əvvəlindən Bakının ilkin daşınmaz əmlak (yeni mənzillər) bazarında qiymətlər 3% artıb. FED.az xəbər verir ki, bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.
Fevral ayı ərzində ilkin mənzil bazarında bahalaşma 1%-dən çox olub, ilin əvvəlindən isə 3%-dən çox qiymət artımı qeydə alınıb. Ehtimal edilir ki, bu tendensiya il ərzində davam edəcək".
Eləcə də bax: Bakıda yeni tikilmiş bina sökülür - FOTO
N.İbrahimovun sözlərinə görə, torpaq bazarında da mövsümi qiymət artımı müşahidə olunur. Təkrar mənzil bazarında (köhnə mənzillərin qiymətində) isə qiymətlərdə azalma var. Ekspert bildirib ki, avtomobil bazarında, ilin əvvəlindən bahalaşma müşahidə edilirdi, amma fevral ayında qiymətlərdəki stabilliklə əlaqədar bir 1,8 faiz azalma var (trend.az).