Bakı şəhəri, Xətai rayonunda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli bina söküləcək.
Eləcə də bax: Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi belə olacaq – Video
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətindən binanın söküləcəyini təsdiqləyiblər.
Bildirilib ki, bina Zəfər abidəsi kompleksi ilə bağlı görüləcək işlər çərçivəsində, dövlət sifarişi əsasında sökülür. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. İcra hakimiyyətindən əlavə ediblər ki, bina ərazinin ümumi görünüşünə də xələl gətirir.