Bakıda, “20 Yanvar dairəsi” və “Şamaxinka”da tıxacı azaltmaq məqsədilə yeni tunel inşa ediləcək.
Sumqayıtda beş ünvanda söküntü işləri aparılacaq – ƏRAZİLƏR, KOMPENSASİYALAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində tunel inşa olunacaq.
Yol-nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, inşa ediləcək tunel tipli yol ötürücüsü Bakının ən böyük nəqliyyat düyünlərindən biri olan “20 Yanvar dairəsi” və “Şamaxinka” ərazisindəki tıxac problemini kökündən həll etməyə yönəlmiş strateji layihədir.
Layihənin icrası ilə bağlı tunelin keçəcəyi ərazidə, tikinti zonasında yerləşən fərdi yaşayış evlərinin sökülməsi də nəzərdə tutulub. Atıq ərazidə yaşayan sakinlərə evlərinin köçürülməsi və kompenassiya məsələləri ilə bağlı rəsmi bildirişlər də təqdim edilib.
Qeyd edək ki, tunelin inşası ilə həm də ərazidəki ictimai nəqliyyatın hərəkət intervalının da yaxşılaşdırılmasına hesablanıb. Lakin layihənin icrasına hansı tarixdə başlanacağı hələlik məlum deyil.










