İnşaat və əmlak

Bakıda yeni tikilən ticarət mərkəzinin – 70%-İ TUTULUB

Bakıda yeni tikilən ticarət mərkəzinin – 70%-İ TUTULUB | FED.az
16:51 16 Yan 2020

Dənizkənarı Bulvar ərazisində tikilən “Caspian Waterfront Mall” əyləncə və alış veriş mərkəzində işlərin 70 faizi artıq görülüb.

FED.az xəbər verir ki, tikintidə işləyən ustaların sözlərinə görə, əslində tikinti fevral ayında yekunlaşıdırılmalı olsa da, bəzi səbəblərdən biraz yubanıb.

Eləcə də bax:Bakıda yeni nəhəng ticarət mərkəzi açılır – TARİX, DETALLAR

Adıçəkilən mərkəzin açılış tarixini dəqiq bilməyən ustalar qeyd edib ki, “Caspian Waterfront Mall” Azərbaycandakı ən gözəl əyləncə və alış veriş yeri olacaq. Belə ki,digər əyləncə və alış veriş mərkəzlərindən fərqli olaraq ilk dəfə burada Metkartinqin, 3 kinoteatr mərkəzləri olacaq. Bununla yanaşı mərkəzin içərisində böyük fontan və ətrafında istiraət üçün retoranlar fəaliyyət göstərəcək. Mərkəz 5 mərtəbə olacaq və içərisində liftlər işləyəcək.

Qeyd edək ki, mərkəzin tikintisiə 2016-cı ildə başlanılıb.

Digər xəbərlər