Mənzil İnşaatı Dövlət Agentliyi özünün növbəti layihəsi - 2-ci Yasamal Yaşayış Kompleksindəki mənzillərin güzəştlə satışına başlayır.
Yasamalda tikilən yeni sosial evlər – BELƏ OLACAQ – VİDEO
FED.az xəbər verir ki, MİDA-nın yaydığı elana əsasən, kompleksdə ümumilikdə 442 mənzilin satışı nəzərdə tutulur. Mənzillərin satışı 30 mart 2022-ci il tarixində saat 11:00-da başlayacaq, 8 aprel 2022-ci il tarixində saat 11:00-da başa çatacaq.
MİDA mənzillərin kvadrat metrini 950 manatdan satır.
Studio mənzilin qiyməti 33 min 222 manatdan, 1 otaqlı mənzilin qiyməti 33 min 222 manatdan, 2 otaqlı mənzilin qiyməti 53 min 941 manatdan, 3 otaqlı mənzilin qiyməti 69 min 84 manatdan, 4 otaqlı mənzilin qiyməti isə 91 min 770 manatdan başlayır.
Mənzilləri güzəştli ipoteka krediti ilə də almaq mümkündür. 30 illik ipoteka zamanı aylıq ödəniş studio mənzil üzrə 143-145 manat, 1 otaqlı mənzil üzrə 143-145 manat, 2 otaqlı mənil üzrə 232 manat, 3 otaqlı mənzil üzrə 297-314 manat, 4 otaqlı mənzil üzrə 394 manat təşkil edir.
Qeyd edək ki, MİDA-nən mənzilləri “Güzəştli mənzil” sistemi vasitəsilə satılır.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.