Bakıda yeni tikilən binalarda evlərin qiyməti məlum olub.
FED.az xəbər verir ki, daşınmaz əmlak agenti Asif Yusubovun sözlərinə görə, hazırda çıxarışı olmayan təmirsiz yeni mənzillərin qiyməti yerləşmə yerindən aslı olaraq 1 kv.m üzrə 660-5000 manat arasında dəyişir. Ən ucuz təmirsiz yeni mənzillər Bakının Suraxanı, Xəzər rayonları və Xırdalan şəhərindədir. Ən bahalı mənzillər isə Səbail rayonun ərazisindədir –kv.m-I 5000 manat.
Rieltor bildirib ki, təmirli evlər hər kv.m üzrə 150-200 manat bahadır. Çıxarışı olmayan təmirli yeni mənzillərin qiyməti 900 manatdan, təmirsiz amma çıxarışı olan mənzillərin qiyməti isə 800 manatdan başlayır. Həm təmirli, həm də çıxarışı olan evlərin qiyməti isə yerləşdiyi ərazidən aslı olaraq 1000-7000 manat təşkil edir.
Asif Yusubov bildirib ki, bu, tikinti şirkətlərinin daxili kredit şərtilə müəyyən etdiyi qiymətlərdir. Belə ki, vətəndaş evin dəyərinin 50%-ni əvvəlcə ödəyir, 50%-i isə hissəli şəkildə şirkətə ödənilir. Yeni mənzilləri nağd şəkildə almaq 15-20% ucuz başa gəlir. Xüsusilə də bahalı və çox otaqlı mənzillər üzrə daha çox endirim əldə etmək mümkündür. 2-3 otaqlı mənzillərə tələbat yüksək olduğuna görə tikinti şirkətləri endirim etməkdə maraqlı olmur.
Bakının rayonları üzrə yeni binalarda mənzillərin qiyməti belədir:
Rayonlar
|
Yeni mənzillər üzrə qiymətlər ( kv.m/AZN) |
|||
Təmirsiz/kupçasız
|
Təmirli/kupçasız |
Təmirsiz/kupçalı |
Təmirli/kupçalı |
|
Nəsimi |
1300 -2550 |
1600 - 3000 |
1500 - 3000 |
2000 - 5000 |
Səbail |
950-5000 |
1000 - 2300 |
1500 - 2300 |
2000 - 7000 |
Nizami |
800-1250 |
1200 |
1200 -1400 |
1300 - |
Xətai |
800 - 1800 |
1400 - 2200 |
1100- 3000 |
1400- 2500 |
Nərimanov |
1400 - 1700 |
1700 - 2000 |
1500 - 5000 |
1700 - 6200 |
Binəqədi |
750 – 1100 |
900 -1400 |
800 -1500 |
1200 -- 1800 |
Yasamal |
750 – 2300 |
1100 - 5000 |
800 - 2200 |
1000 - 5500 |
Xəzər |
700 - 800 |
- |
- |
- |
Suraxanı |
660 - 1200 |
900 -- 1400 |
900 – 1100 |
1100 --2300 |
Sabunçu |
750 - 1300 |
1000 - 1400 |
- |
- |
Xırdalan şəhəri |
700 |
1100 |
1000 |
1200 |