Noyabrın 28-30-da Bakıda keçiriləcək «RecExpo» Beynəlxalq Daşınmaz Əmlak sərgisin əmlakların endirimli qiymətlərlə satışı da gözlənilir. Sərginin təşkilatçısı olan Əmlak Məsələləri Dövlət Komitəsindən FED.az-a verilən məlumata görə, sərginin iştirakçıları Azərbaycanda və xaricdəki tikinti layihələrindən endirimlə əmlak ala biləcəklər.
Belə ki, sərgiyə gələn müştərilərə
“DREAMLAND” şirkəti
nağd ödənişlərdə 25% endirim edəcək.
“EMS”- 20% şirkəti
endirim və 55 min ABŞ dollarından başlayan qiymətlər təklif edəcək.
“TEYMUROGLU” şirkəti
Yeni İlə qədər 20% endirim və bütün mənzil alanlara ilk ödəmədən sonra faizsiz 36 ay kreditlə mənzil təklif edəcək.
“WORD ERSAN GAYRIMENKU” şirkəti
Türkiədə həyata keçirdiyi bütün layihələr üzrə müştərilərə 5% endirim vəd edir.
“ALANYA PROPERTIES” şirkəti
Türkiyənin Alanya bölgəsində mənzil almaq istəyənlərə 3% endirim edəcək.
“Cahan inşaat” şirkəti
Buradan mənzilləri 1 illik kredit yolu ilə alanlara, sərgiyə özəl olaraq 15% endirim edəcək.
«AS Grup-RENESSANS PLACE» şirkəti isə
Sərgi dövründə 4 otaqlı mənzil alana qaraj hədiyyə etmək niyyətindədir.
“BEST CONSTRUCTION-Boulvard Residence” şirkəti
Sərgi müştəriləri üçün 24 ay faizsiz kredit və 25 il 8%-li ipoteka ilə mənzil satışa çıxarır.
“ERBATU” şirkəti
Şimali Kiprdə Erbatu-dan bütün layihələrə 10% endirimlə mənzil satışa çıxarır.
Bundan başqa, sərgidə lotereya keçiriləcək və lotereyanın qalibi yerli tikinti şirkətinin Bakıda inşa edilən binalarında mənzili 20% endirimlə alacaq.
Sərgi 28-30 noyabr tarixlərində Baku Ekspo Mərkəzində keçiriləcək.
Bakıda və xaricdəki mənzillər endirimlə satılacaq – CƏMİ 3 GÜN
09:34
24 Noy 2017