2020-ci ilin oktyabrında Bakıda torpaq sahələrinin qiyməti ötən ilin oktyabrı ilə müqayisədə 7,83 faiz bahalaşıb.
Eləcə də bax: Bakıda torpaq sahələri - Bahalaşıb
FED.az xəbər verir ki, bunu “MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.
Hesabat dövründə kommersiya obyektlərinin qiymətində ötən ilin oktyabrı ilə müqayisədə 0,06 faiz bahalaşma qeydə alınıb.
Qiymət artımı bağ evləri və fərdi evlərdə müşahidə olunub. Bazarın bu seqmentində qiymətlər ötən ilin oktyabrı ilə müqayisədə 5,34 faiz artıb.
Eyni zamanda, oktyabrda obyektlərin icarəsi qiyməti 6,04 faiz ucuzlaşıb. (Trend)