Bakıda torpaq sahələri bahalaşıb. FED.az xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildiririb. O qeyd edib ki, torpaq bazarında sentyabr ayı ilə müqayisədə oktyabrda 1,61% bahalaşma müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin qiyməti 4,71% artıb. N.İbrahimov bildirib ki, bu satışa çıxarılan torpaq sahələri üzrə portfeldə struktur dəyişiklikləri ilə bağlıdır: “Belə ki, yay aylarında şəhər ətrafı kənd və qəsəbələrdə daha çox ucuz torpaqlar alınıb. Portfeldə qalanlar əsasən bahalı torpaqlardır. Dəyişən sturukturla tədircən qışa dorğu qiymətlərdə artım görünə bilər. Amma stabil sturukturda isə qiymətlər azalır”.
Fins.az
Bakıda torpaq bahalaşıb - Müqayisə
12:38
22 Noy 2017