Bakıda torpaq bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.
Eləcə də bax: Azərbaycanda evlər, torpaq və obyektlər - BAHALAŞIB - SƏBƏBLƏR
N.İbrahimov bildirib ki, ötən ilin dekabr ayı ərzində torpağın qiymətində 0.04 faiz, il ərzində isə 2.55 faiz artım olub.
Ekspertin sözlərinə görə, fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində sabit qalıb, il ərzində isə 7.42 faiz ucuzlaşıb.
N.İbrahimov əlavə edib ki, Bakıda ötən ay ilkin mənzil bazarında qiymətlərdə azalma qeydə alınıb: "Ay ərzində 2.13, il ərzində isə 6.62 faiz azalma qeydə alınıb. Ötən ilin dekabr ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 2.01 faiz artım, il ərzində isə 2.93 faiz ucuzlaşma müşahidə olunub".
Trend