Bakıda söküntü və tikinti tullantılarının utilizə edilməsinə dair yeni qayda tətbiq olunacaq.
ELƏCƏ DƏ BAX: Azərbaycanda yeni biznes sahəsi yarandı - TULLANTILARIN EMALI
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə bu gün təsdiqlənən “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”da əksini tapıb.
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinə 2018–2022-ci illər ərzində Bakı şəhərinin ərazisində yaranan söküntü və tikinti tullantılarının utilizasiyası məqsədilə müvafiq infrastrukturun yaradılmasını təmin etmək tapşırılıb. Sənədə əsasən şəhərdə formalaşan söküntü və tikinti tullantıları vahid ərazidə utilizə ediləcək.
Bakıda tikinti tullantılarına dair – YENİ QAYDA
21:35
1 Noy 2018