Bakı Şəhər İcra Hakimiyyətinin bir müddət əvvəl Bakının rayonlarında keçirdiyi son reyd nəticəsində 127 qanunsuz tikili aşkarlanıb.
Eləcə də bax: Bakıda qanunsuz tikililərlə bağlı icra başçılarına - CİDDİ XƏBƏRDARLIQ EDİLİB
FED.az xəbər verir ki, bu barədə Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması məsələləri paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə bildirilib.
Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti halların qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək bu barədə 2 ay müddətində hesabat verilməsi tapşırılıb. (Apa)