Azərbaycanda Səhmdar Cəmiyyət öz istifadəsində olan torpağı özəlləşdirib yeni investora satmağa hazırlaşır.
FED.az xəbər verir ki, söhbət «Transavto EKS» ASC-dən gedir.
Şirkətin yaydığı elana görə, 15 avqust 2019-cu il saat 11.00-da «Transavto EKS» ASC -nin müşahidə şurasının 4 iyul 2019-cu il tarixli qərarına əsasən səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda «Transavto EKS» ASC-nin istifadəsində olan torpaq sahəsinin yeni investor tərəfindən “Transavto EKS” ASC-nin adına özəlləşdirilməsi və sonradan həmin torpaq sahəsinin investora satışı əqdinin şərtlərinin müzakirəsi və müvafiq qərarın qəbul edilməsi gözlənilir.
Eləcə də, toplantıda, torpağın investora satışı üçün ASC-nin müşahidə şurasının qərarının məqbul edilməsi halında bu satışdan «Transavto EKS “ASC-yə qalan mənfəətin dividend şəklində səhmdarlara paylanması məsələsinin müzakirəsi və müvafiq qərar qəbul ediləcək.
Bakıda şirkət torpağı öz adına keçirib – BAŞQASINA SATACAQ – İCLAS
08:56
15 İyul 2019