Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) yol kənarlarında qeyri-qanuni, vətəndaşların hərəkətinə çətinlik yaradan obyektlərin söküntüsünə başlayıb.
FED.az xəbər verir ki, paytaxtın mərkəzi və ətraf rayonlarda yol verilmiş nöqsanların aradan qaldırılması, səki, yollar, keçidlərin gediş-gəlişə mane olan tikili və s. obyektlərdən təmizlənməsi, sakinlərimizə narahatçılıq yaradan digər amillərin aradan qaldırılması məqsədi ilə, həmçinin ölkə başçısının tapşırıqlarına əsasən paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış işçi qrupu tərəfindən şəhərin bütün rayonlarında qanunsuzluqların aşkarlanması məqsədi ilə reydlər keçirilmiş, qeyri-qanuni tikili və obyektlər müəyyənləşdirilib.
Eləcədə bax: 3-10 min manata obyekt satılıb - ƏMLAK HƏRRACI
Söküntü işləri bu gün səhər saatlarından etibarən paytaxtın Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında aparılır.
Belə ki, son vaxtlar Bakının bəzi yerlərində müxtəlif işbazlar, vətəndaşlar, ictimai-iaşə obyektlərinin sahibləri tərəfindən sakinlərin və hərəkət yollarının üzərində, yaşayış binlarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla burada müxtəlif təyinatlı tikili və obyektlər inşa olunub, eyni zamanda bəzi vətəndaşlar həyət və yol zəbt edərək hasarlamış və buradan öz məqsədləri üçün istifadə edirlər. Əksər hallarda bu hərəkətlər səkilərin və yolların daralmasına səbəb olaraq gediş-gəliş üçün maneələr yaradır. Həyətlərdə tikilən müxtəlif təyinatlı iaşə və digər obyeltkər sakinlərin istirahətinə mane olur və haqlı narazılıqlar yaradır.
Artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikili və obyektlərin sökülməsi, səkilərin və yol kənarlarının təmizlənməsi, həyət və məhəllələrdə qeyri-qanuni tikili və hasarların sökülərək burada sakinlərin istirahəti üçün hər cür şəraiti olan “Abad məhəllə” və “Nümunəvi həyət”lərin yaradılması istiqamətində işlərə start verilib. Bu zaman paytaxt sakinlərinin müraciət, istək və arzuları da nəzərə alınıb.
Eləcədə bax: Meriyanın sərəncamını saxtalaşdırıb obyekt tikdi - CİNAYƏT İŞİ