Bakıda ötən ay kommersiya obyektlərinin satış qiyməti 6,51 faiz bahalaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətindən məlumat verilib.
İllik müqayisədə isə ticarət obyektlərinin qiymətində 23,03 faiz bahalaşma qeydə alnıb. 2021-ci ilin dekabr ayında ticarət obyektlərinin bir kvadrat metrinin orta qiyməti 3585 manat təşkil edib.
Ötən ay ticarət obyektlərinin icarə qiyməti də bahalaşıb. Belə ki, dekabr ayında bu cür obyektlərin icarə qiymətində 13,71 faiz bahalaşma müşahidə edilib. Bir obyektin kvadrat metrinin orta icarə qiyməti 15,37 manat təşkil edib.