Yaz mövsümünün başlanması və Novruz Bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 9-da paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyi keçiriləcək.
Bu barədə FED.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin müraciətində qeyd olunub.
“Paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırırıq”, - müriacətdə deyilir.