Bakıda ötən ay ilkin mənzil bazarında qiymətlərdə azalma qeydə alınıb.
FED.az xəbər verir ki, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, ötən ilin dekabr ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 2.01 faiz artım, il ərzində isə 2.93 faiz ucuzlaşma müşahidə olunub.
Eləcə də bax: Kirayə evlərin - QİYMƏTİ DƏ AÇIQLANDI - YERLƏR - MƏBLƏĞLƏR
N.İbrahimov qeyd edib ki, ilkin mənzil bazarında ay ərzində 2.13, il ərzində isə 6.62 faiz azalma qeydə alınıb.
Ucuzlaşmanın səbəbindən danışan ekspert bildirib ki, İpoteka Fondu tərəfindən kirayə mənzil layihəsinin işə salınması ilə bağlı informasiya yayıldı. Buna görə də potensial alıcıların bir hissəsi bu layihənin işə düşməsini gözlədi. Alıcıların bir hissəsi isə Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 1200-dən artıq mənzil aldı. Buna görə də ümumi bazarda alıcıların sayında azalma baş verdi və bu da öz növbəsində qiymət ucuzlaşmasına səbəb oldu.