Ötən Bakıda mənzil bazarda 2022-ci ildən indiyə qədər ən passiv dövr qeydə alınıb.
Ekspert: "Zəlzələ əmlak bazarında tərəddüdlər yaradır"
FED.az xəbər verir ki, bunu əmlak məsələri üzrə ekspert Ramil Osmanlı deyib.
O bildirib ki, ilk dəfədir ki, 2022-ci ilin fevral ayından indiyə qədər ilk dəfədir ki, mənzil və fərdi yaşayış evlərinin həm alqı-satqı dinamikasında, həm də qiymət dinamikasında kəskin dəyişmələr qeydə alınmayıb.
“Təqribən aylıq orta qiymət artımı bir faiz civarındadır ki, bu da nisbidir. Yəni bu qiymət artımı hesab olunmur. Xüsusilə fərdi yaşayış evlərinin alqı-satqısında qismən aktivlik olub. Mənzillərin alqı-satqısı isə məhdud olub. Ümumiyyətlə aparılan əməliyyatların məhdudluğu ilə yanaşı bazarda təklif də aşağıdır.
Aktivliyin azalmasının səbəbi odur ki, ötən təqribən bir il yarım dövr ərzində mənzil bazarında çox kəskin dinamika var idi və bu təbii ki, hanısa bir dövrdə stabilləşməli və aşağı düşməli idi. Eyni zamanda mövsümlə əlaqəli amil də öz təsirini göstərir. Həmçinin ipoteka kreditlərinin verilməsi ilə bağlı azalmalar var. Bu səbəb də mənzil bazarında ciddi dəyişiklik olmayıb”, - deyə ekspert əlavə edib. (Trend)