Yeni yaradılan və yaxud ofis xərclərini azaltmaq istəyən şirkətlər bəzi hallarda evləri kirayə götürərək orada fəaliyyət göstərirlər. Bunu nəzərə alaraq Bakının rayonları üzrə bu tipli evlərin kirayə qiymətlərini öyrənməyə çalışmışıq. Daşınmaz əmlak üzrə rieltor Asif Yusubov bildirib ki, hazırda Bakıda ən ucuz kirayə verilən belə evlər Nərimanov rayonundadır. Burada kv.m üzrə qiymətlər 6 manatdan başlayır. Yasamalda bu evlərin kirayə qiyməti 6-7 manat təşkil edir. Xətai rayonu üzrə qiymətlər 7 manat, Nəsimi rayonunda 8 isə manatdan başlayır. Ən baha “ev-ofislər” isə Səbail rayonundadır. Burada evlərin kirayə qiyməti 10 manatdan başlayır. Başqa sözlə, orta sahəli ofislərin 120-130 kv.m olduğunu nəzərə alsaq, belə evlərin kirayəsi minimum 1200-1300 manat təşkil edir.
Rayonlar
|
Biznes ofislərinin kirayə qiyməti 1 kv.m/AZN
|
Nəsimi |
8 AZN-dən başlayır |
Səbail |
10 AZN-dən başlayır |
Xətai |
7 AZN-dən başlayır |
Nərimanov |
6 AZN-dən başlayır |
Yasamal |
6-7 AZN |