Azərbaycanda bazar qiymətindən xeyli – təqribən 2 dəfə aşağı qiymətə mənzillərin satışı başlayıb.
FED.az xəbər verir ki, söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindfən satışa çıxarılmış yeni, təmirli, ipotekaya yararlı mənzillərdən gedir.
Bakıda və regionlarda yerləşən mənzillərin kvadratmetrinin qiyməti 780-830 manat aralığında dəyişir.
Bu mənzillər Bakıda, Qaradağ rayonunun Ümid qəsəbəsində, Ramanıda, Abşeron rayonu, Ramana və Kürdəxanı qəsəbələrin, eləcə də Samux rayonlarında yerləşir. Yeni salınmış yaşayış komplekslərində yerləşən təqribən 12-14 mənzillər 3-4 otaqlıdır, burada yaşayış olmayıb, çıxarışlıdır və ipotekaya yararlıdır.
“Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyiniz mənzili portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilərsiniz. Bir mənzili 3 şəxs bron edə bilər, ilk bron edən şəxs mənzili almasa, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.
Mənzili bron edərək alan şəxslə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir. Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz”, - məlumatda deyilir.
Məsələn Bakının Ümid qəsəbəsində 3 otaqlı, sahəsi 83 m2 olan mənzilin qiyməti 58450 manat (1 m2 700 manat), Ramana qəsəbəsindəki 3 otaqlı 79 m2 sahəsi olan mənzilin qiyməti 67 min manat (1 m2 850 manat) təşkil edir.
Abşeron rayonu - Yeni yaşayış kompleksindəki mənzillər - SİYAHI
Samux rayonu - Yeni yaşayış kompleksindəki mənzillər - SİYAHI
Ramana qəsəbəsi - Yeni yaşayış kompleksindəki mənzillər - SİYAHI
Ümid qəsəbəsi - Yeni yaşayış kompleksindəki mənzillər - SİYAHI
Kürdəxanı qəsəbəsi - Yeni yaşayış kompleksindəki mənzillər - SİYAHI











