Bakıda daşınmaz əmlak üzrə yeni qiymət səviyyəsi qeydə alınıb.
Mənzil bazarında qiymətlər düşəcək? - Ekspertlər ucuzlaşma gözləyir
FED.az xəbər verir ki, paytaxtda təqdim olunan yeni lüks yaşayış komplesində indiyədək ən yüksək qiymətə mənzillər təqdim olunub.
Qiymət rekordu «Paşa Holdinq»ə məxsus olan «PASHA Real Estate» əmlak şirkətinin «Crescent Bay» kompleksində yerləşən «The Residences at The St. Regis, Baku» layihəsində qeydə alınıb.
Layihə çərçivəsində 152 mənzil və 26 villa inşa edilir. Mənzillərin sahəsi 87 m² – 360 m² arasında, villalar isə 235 m² – 735 m² arasındadır. Mənzillərin qiyməti 1 045 000 dollardan və ya 1 776 500 manatdan başlayır. Bu 1 m2 üçün 20 420 manat deməkdir.
Mənzillərdə kvadratmetrin qiyməti 6100 dollardan 15000 dollaradək, yəni 10370 manatdan 25 500 manatadək dəyişir.
Kompleksdə ən bahalı mənzil sahəsi 299 kvadratmetri olan, 7-ci mərtəbədə yerləşən 4 otaqlı mənzildir – 3 milyon 438 min dollar və ya 5,8 milyon manat.
Villalarda isə qiymət 2 330 000 dollardan və ya 3 961 000 manatdan başlayır. Burada 1 m2-in qiyməti villalardan asılı olaraq 7600-10400 dollar, yəni 12 920-17 720 manat arasında dəyişir. Kompleksdə ən bahalı villa sahəsi 696 kvadratmetr olan 7 milyon 250 min dollarlıq (12 milyon 325 min manatlıq) tikilidir.
Kompleks hələ tikilir və 2028-ci ildə fəaliyyətə başlayacaq.










