Bakıda indiyədək ən bahalı mənzillər satışa çıxarılıb.
Dubayda dünyanın ən bahalı villaları təqdim edildi - 68 MİLYON DOLLAR - FOTOLAR
FED.az xəbər verir ki, söhbət Bakldakı "Ritz-Carlton" hoteli ilə bir binada yerləşən "The Ritz-Carlton Residences" mənzillərindən gedir.
Ümumilikdə kompleksdə 74 mənzil satışa çıxarılıb. Bunlar məşhur binanın 11-16-cı mərtəbələrində yerləşir. Mənzillərin sahəsi 96 kvadratmetrdən 417 kvadratmetrədək dəyişir.
Qiymətlər isə 1 kvadratmetr üçün 5140 dolardan - 8740 manatdan başlayır. Mənzilin mərğtəbəsi, açılan mənzərə və sair göstəricilərə görə qiymətlər dəyişir, FED.az-ın məlumatına görə, ən bahalı mənzillətin kvadratmetrinin qiyməti təqribən 11 min manatdır.
Apartamentlərldə otel xidmətləri də göstərilə bilər – satıcıların sözlərinə görə, müştərilər üçün hotel xidmətləri 20% daha ucuz təqdim olunacaq.
Qeyd edək ki, «White box» variantı – mənzillərin yarı təmirli vəziyyətidir. Yəni tikinti və ya developer şirkəti mənzildə əsas təmir işlərini aparıb, mənzilin sahibinə sadəcə bu işi başa çatdırmaq qalır. «White box» variantının əsas üstünlüyü odur ki, binadakı bütün mənzillər eyni təmirdə olmur, müştərinin zövqü və dizaynerin işi üçün imkan qalır.
İlkin ödəniş etməklə mənzilləri 36 aylığa kreditlə almaq olar.
Təklifə əsasən erkən alıcılar, yəni hər ay seçilmiş mənzillərin ilk üç alıcısı üçün daha sərfəli varinatlar təklif olunacaq. Belə ki, bu alıcılar mənzilin dəyərinin 20%-i həcmində ilkin ödəniş edərək mənzili 2024-cü ilin dekabrından etibarən təhvil alıb, 2025-ci ilin yanvarından ödənişə başlayacaqlar. Mənzilin pulu 36 ay ərzində bağlanmalıdır.
Mənzilin dəyərinin 50%-ni əvvəlcədən ödəyənlərə 3%, tam ödəyənlərə isə 5% endirim nəzərdə tutulub.