Bu ilin avqust ayında Bakının kommersiya obyektləri bazarında satış qiymətlərində 0,15 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,57 % artım olub.
Eləcə də bax: Torpaq və tikinti materialları bazarında - Qiymətlər Bahalaşıb
FED.az xəbər verir ki, bu barədə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.
“Obyektlərin icarəsi qiymətləri ay ərzində 0,17 %, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 14,02 % artıb", - deyə ekspert bildirib. (Report)