Bakı şəhərində kommersiya obyektlərinin orta satış qiyməti bu ilin mart ayında 5,5% azalıb.
FED.az xəbər verir ki, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Eləcə də bax: Bakının torpaq bazarında ucuzlaşma mart ayında - DAVAM EDİB
Daşınmaz əmlak üzrə ekspert il ərzində isə 1,7% artım olduğunu açıqlayıb. Onun sözlərinə görə, kommersiya obyektlərinin orta satış qiyməti 1 kv. metr üçün 1 696 ABŞ dollarından 1 602 dollaradək azalıb.
N.İbrahimov onu da bildirib ki, kommersiya obyektlərinin icarəsində isə ay ərzində 3,7% azalma olub: "İl ərzində bu sahədə 0,2%-lik artım müşahidə olunub".
N.İbrahimov qeyd edib ki, kommersiya obyektlərinin icarəsi bazarında orta qiymət 1 kv. metr üçün 17,2 dollardan 16,6 dollara enib.
Apa