Son bir ildə Bakı şəhərində qeyri-yaşayış təyanatlı, yəni kommersiya obyektlərinin qiyməti 30%-dən çox artıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankı – ABB-nin «Bakı şəhəri üzrə daşımaz əmlak bazarının təhlili» üzrə hesabatındi bildirilir.
Bakıda ən baha və ən ucuz torpaqlar olan - ƏRAZİLƏR AÇIQLANDI – HESABAT
Hesabata əsasən, 3 il əvvəl – 2021-ci ilin əvvəlində paytaxtdakı kommersiya obyektlərinin orta qiyməti 860 min manat olmuşdusa, 2022-ci ilin və 2023-cü ilin əvvəlində bu rəqəm 950 min manata, 2023-cü ilin sonunda isə 1 milyon 250 min manata yüksəlib.
Belə obyektlərinin kvadratının orta qiyməti isə 3.5 min manatı keçib. Belə ki, təkrar bazar üzrə 2021-ci ilin əvvəlində qeyri-yaşayış sahəsinin orta qiyməti 1 m(2) üçün təqribi 3 500 manat idi. Bu göstərici 2023-cü ilin sonuna olan göstəricilərə görə 4 000 manata yaxındır.
Qiymət artımı, ilkin bazarda, yəni yeni istifadəyə verilən kommersiya obyektlərində də müşahidə edilir. Belə ki, ilkin bazarda 1 m(2) qeyri-yaşayış sahəsinin orta qiyməti 2021-ci ilin əvvəlində təqribi 2 700 manat olduğu halda, 2023-cü ilin sonunda orta qiymət 3700 manata yaxındır.
Hesabatda deyilir ki, ilkin bazarda, yəni yeni obyektlərdə müşahidə edilən qiymət artımı daşınmaz əmlak bazarında təklifin azalması, yəni satışa çıxarılan obektlərin sayının azalası ilə əlaqələndirilir. Öz növbəsində buna səbəb isə, Bakı şəhərində yaranan boş torpaq sahəsi qıtlığı və Qarabağda davam edən tikinti layihələridir.
Hesabat müəlliflərinin fikrincə, bundan sonraki dövrlərdə qeyri-neft sektorunun inkişafı nəticəsində bizneslərin mənfəətliliyinin artımı gözlənilir, bu da qeyri-yaşayış sahələrinin qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.