Bakıda kommersiya obyektlərinin qiymətində bahalaşma qeydə alınıb.
Eləcə də bax: Bakıda bağ evləri - Bahalaşır
FED.az xəbər verir ki, “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib ki, aprel ayında kommersiya obyektlərinin qiyməti 1,92% bahalaşıb.
Kommersiya obyektlərinin orta qiyməti 2973 manat/kv.m təşkil edib.
Onun sözlərinə görə, kommersiya obyektlərinin icarə qiymətində də bahalaşma müşahidə olunub. Belə ki, obyekt icarəsi kirayə qiyməti 15,54 manat/kv.m olmaqla 1,57% bahalaşıb. (Trend)