Bakıda kirayə mənzillər bahalaşıb.
FED.az xəbər verir ki, iki ay əvvəl "Elmlər Akademiyası" metrosunun ətrafında aylıq kirayə haqqı 280 manat olan 1 otaqlı ev indi 330 manata, "Gənclik" metrosunun yaxınlığında 1 otaqlı mənzilin kirayə haqqı isə 300 manatdan 350 manata qalxıb. "İnşaatçılar"da kirayə haqqı 240 manatdan 300 manata, "Qara Qarayev"də isə 250 manatdan 280 manata yüksəlib. Qiymət artımının səbəbinə gəlincə, əmlakçı Şamo Mikayılov bildirib ki, pilot layihələrinin icrası ilə bağlı kirayə mənzil bazarında qıtlıq yaranıb. Bundan əlavə, yeni mənzillərin baha olması vətəndaşları daha çox köhnə mənzilərə yönəldir. Bu da tələbatı artırır.
Əmlakçı Azər Əlimərdanlı bildirib ki, işləmək üçün rayonlardan Bakıya üz tutanların artması qiymətə təsir edib. Kirayə mənzillərlə bağlı müraciətlər çoxdur. Hazırda əlimizdə kirayə mənzil yoxdur.
Danışmaz əmlak üzrə ekspert Bahadur İbrahimov hesab edir ki, kirayə qiymətlərinin artması vaxtı ilə kirayə verilən köhnə mənzillərin pilot layihələr çərçivəsində sökülməsi ilə bağlıdır. Həmin mənzil sahiblərinin kirayə mənzil bazarına üz tutması nəticəsində tələb təklifi üstələyib:"2 ay ərzində 3,5% artım olub."Sovetski" söküldü. Orada ucuz qiymətə ev kirayələyən insanlar artıq yeni və nisbətən bahalı ev kirayələməyə məcbur olurlar. Kirayə qiymətlərinin artması da bununla bağlıdır".