İpoteka və Kredit Zəmanət Fondunun Bakıda kirayə üsulu ilə yeni satışa çıxardığı mənzzillərin aylıq ödənişləri məlum olub.
Eləcə də bax: Kirayə evlər sərfəlidir, yoxsa ipoteka krediti?– MÜQAYİSƏ, HESABLAMA
FED.az xəbər verir ki, sözügedən mənzillər Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində, 9-cu mikrorayonda yerləşir. Mənzillər 1-3 otaqlıdır, 2-16-cı mərtəbələrdə yerləşir, onların sahəsi 68-141 kvadratmetr arasında dəyişir.
İpoteka və Kredit Zəmanət Fondundan FED.az-a bildirilib ki, bu binadakı mənzillərin kirayə üsulu ilə satışı zamanı aylıq ödənişlər 498 manatdan başlayır.
Eləcə də bax: Bakıda yeni ərazilərdə kirayə evlərin – SATIŞI BAŞLADI – QİYMƏT
Ümumilikdə mənzillər üzrə aylıq ödənişlərə gəlincə, 25 illik müddətdə aylıq ödənişlər belədir:
1 otaq (68,45 m2) - aylıq 498 manat
2 otaq (105,5 m2) - aylıq 768 manat
3 otaq (141 m2) - aylıq 1027 manat.
Xatırladaq ki, Bakının bu ərazisində mənzilləri İpoteka Fondu təmirli şəkildə 1380 manata əldə edib. Kirayə üsulu ilə satış zamanı qiymətin üzərinə y alnız illik 4%-lik vəsait cəlb olunma xərcləri gəlir. Başqa sözlə, bu üsul mənzilin illik 4%-lə ipoteka kreditinə götürülməsini xatırladır. Aylıq ödənişlərə mənzillərin sığortası da daxildir. Mənzillər büt ün zəruri infrastrukturla təmin edilib.