Paytaxtda aparılan ard-arda köçürmə və söküntü işləri kirayə qiymətlərinə təsir edəcək.
FED.az xəbər verir ki, Xəzər TV-nin məlumatına görə, əmlak məsələləri üzrə mütəxəssislər bildiri ki, xüsusən də Yasamal rayonunda "Sovetski" kimi tanınan ərazidə aparılan abadlaşdırmanın 2-ci mərhələsi çərçivəsində 2010 ev və obyektin söküləməsi qiymət artımına səbəb olacaq.
Ekspert Nüsrət İbrahimovun sözlərinə görə, ötən illərin təcrübəsinə əsasən onu demək olar ki, təkcə “Sovetski”də aparılacaq söküntü işlərinə görə qiymət artımı 4-5 %-ə qədər baş verə bilər.
Söküntü aparılan ərazilərdə yaşayan insanlar ucuz olması üçün adətən şəhərətrafı əraziləri seçirlər ki, bu da daha çox həmin ərazilərdə qiymət artımına səbəb olur. Paytaxtın müxtəlif rayonlarında həyata keçrilən pilot layihələr də kirayə qiymətlərinin artımına təsir edir.