Bu il yeni tədris ili sentyabrın 17-də başlayacaq. Buna səbəb 15 sentyabrın həftənin şənbə gününə təsadüf etməsidir. Artıq paytaxt Bakıda yeni tədris ili ilə bağlı hiss olunacaq dərəcədə sıxlıq müşahidə edilməkdədir. Paytaxta axın həm də kirayə bazarında canlanma yaradıb. Tələb çox, təklifdəki qiymətlər isə sözün əsl mənasında “əl yandırır”.
Hazırda kirayə bazarında qiymətlər 30-40 faiz bahalaşıb. Bölgələrdə yaşayan və paytaxtdakı universitetlərə qəbul olunan tələbələr ev axtarışına çıxıb. Bu isə kirayə bazarında tələbin artmasına səbəb olub.
Ev alqı-satqısı ilə məşğul olan Natiq Bəhramov FED.az-ın əməkdaşı ilə söhbət zamanı sentyabrda Bakıda kirayə qiymətlərinin avqustla müqayisədə artdığını bildirib.
O qeyd edib ki, universitetlərin yerləşdiyi ərazilərdə təmirindən asılı olaraq 1 otaqlı evlər 200-250 manata, 2 otaqlı evlər 350-400 manata, 3 otaqlı evlər isə 500 manatdan başlayan qiymətlərlə təklif olunur.
Artım daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə metroya yaxın və şəhərin mərkəzi hissələrində olan evlərdə müşahidə olunur. Yay aylarında 250-300 manata təklif edilən evlərin qiyməti hazırda 400-450 manatadək bahalaşıb.
***
Sentyabr ayı başlayar-başlamaz kirayə mənzil bazarında canlanma var. Həm universitetlərin açılması, həm də insanların yay istirahətindən paytaxta qayıtması kirayə ev tapmağı müşkül məsələyə çevirib.
FED.az XəzərXəbər-ə istinadən bildirir ki, kirayə mənzil axtaranlar büdcəsinə uyğun mənzil tapa bilmədiklərini deyirlər. Rieltorlar isə əvvəlki aylara nisbətən kirayə qiymətlərinin artdığını deyir.
Tələb çox, mənzil isə tapılmır. Sentyabr ayının ilk günlərindən başlayaraq kirayə mənzil bazarında aktivlik müşahidə edilir.
Mənzil axtaranlar kirayə ev tutarkən əsasən metroya yaxın olmasına üstünlük verirlər. Buna görə də, metro yaxınlarında ev tapmaq ya baha başa gəlir, ya da ümumiyyətlə tapmaq mümkün deyil.
Rieltorlar da tələbin çox olmasına baxmayaraq, kirayə üçün təklif edilən evlərin az olduğunu deyirlər.
Yay aylarında mənzillər nisbətən ucuz olsa da hazırda qiymətlər artıb.
Qarşıdakı aylarda qiymətlərin nisbətən ucuzlaşacağı gözlənilir.
Daha tez m