Bu gün Bakıda “Modern Construction” şirkətinin təşkilatçılığı ilə “İnnovativ texnologiya və müasir materialların təqdimatı”na həsr olunmuş konfrans keçirilib.
FED.az xəbər verir ki, konfransda dövlət qurumlarının nümayəndələri ilə yanaşı ölkədə fəaliyyət göstərən aparıcı tikinti şirkətlərinin rəhbərləri, həmçinin Rusiyanın tanınmış ROSATOM qolobal strukturunun bir qolu olan UMATEX şirkətinin rəhbər və satış nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Modern Construction” şirkətinin təsisçisi Vüqar Babakişiyev son illər Azərbaycanda tikinti sahəsində aparılan uğurlu islahatlar və layihələr haqqında geniş məlumat verib. O bildirib ki, tikinti sektoru neft sektorundan sonra iqtisadiyyatın lokomotivlərindən biri hesab olunur: "Əvvəlki illərdə olduğu kimi son illər ərzində ölkədə tikinti işlərinin həcmi daha da artıb, xüsusi ilə də Qarabağda həyata keçirilən irimiqyaslı tikinti işləri bunlara misal ola bilər". V.Bababkişiyev həmçinin Azərbaycanda turizm sektorunun inkişafı və bu sahədə əldə olunan uğurları qonaqların diqqətinə çatdırıb.
Tədbirdə daha sonra Rusiyanın ROSATOM qolobal strukturunun törəmə müəssislərindən olan UMATEX şirkətinin Baş direktorun müavini Denis Maksimov şirkətin məhsulları ilə bağlı geniş təqdimatla çıxış edib. Təqdimat zamanı əvvəlcə şirkət haqqında məlumat verən D.Maksimov bildirib ki, kompozit biznesinin inkişafı üçün qlobal karbon lif bazarının perspektivlərini nəzərə alaraq 2016-cı ildə UMATEX şirkəti yaradılıb: “Şirkətimiz Rusiyanın strateji sənaye sahələrinə qabaqcıl kompozit materiallarının tədarükünü həyata keçirir. Hazırkı mərhələdə UMATEX şirkfətinin inkişafının əsas istiqamətlərindən biri qabaqcıl kompozit məhsullar üçün istehsal müəssisələrinin yaradılmasına dair tərəfdaşlıqların formalaşdırılmasıdır”.
D.Maksimov daha sonra UMATEX şirkətinin ümumi məhsulları haqqında danışıb. O bildirib ki, hazırda şirkət (liflər) karbon lifi, fiberglas, PAN, (yarımfabrikatlar) parçalar, prepregs, bağlayıcı termoplastiklər, mineral yun, motosiklet komponentləri və yüksək təzyiqli silindir məhsulları təklif edir. Həmçinin bizim məhsullar sırasına xarici möhkəmləndirmə sistemi olan “FibrArm”, Pultruded profillər olan “ProfiPul”, Dil polimor kompozit “ProfiPul SPK”, məhsulları da daxildir ki, bunlar binaların, körpülərin və sahilyanı bəndlərin möhkəmləndirilməsi və korroziyaya davamlılıq işlərində istifadə olunur.
Tədbirdə UMATEX şirkətinin satış üzrə direktoru Yuriy Qryaznovun təqdimatından sonra iştirakçıları maraqlandıran suallar səsləndirilib.