Bakıda mənzil kirayəsi bahalaşıb.
Bunu açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə,qiymət artımı xüsusilə də günlük kirayə verilən mənzillərdə özünü biruzə verir. Məsələn, yanvar-fevral aylarında günlük mənzil kirayəsi 50 mannat idisə, Novruz bayramında 70-80 manata yüksəlmişdi. Və yaxud 100 manata kirayə verilən ev bu ərəfədə 100 dollara təklif edilirdi. Ümumilikdə isə mart ayı ərzində kirayə qiymətləri 2,6 %, il ərzində isə 2% artıb.
Bakıda günlük mənzil kirayəsi kəskin bahalaşıb
10:41
12 Aprel 2018