Bakıda evlər yenidən ucuzlaşıb.
FED.az xəbər verir ki, bunu açıqlamasında ekspert Asif Yusubov bildirib. Onun sözlərinə görə, daşınmaz əmlak bazarında ümumi alıcı aktivliyi azalıb. Eyni zamanda pilot proyektlərin artması qiymətlərin düşməsinə səbəb olub. Həm yaşayış, həm də qeyri-yaşayış sahələri üzrə təkliflər 5-10% civarında azalıb.
Eləcə də bax: Bakıda və rayonlarda bağ evlərinin kirayəsi neçəyədir? -ARAŞDIRMA
Bazardakı qiymətləri isə alıcı təklifləri formalaşdırır: "Məsələn, hazırda bir ay əvvəl Neftçilər Xəstəxanasının yaninda 130 min manata satışa çıxarılan 2 otaqlı 55 kv.m-lik təmirli mənzili 120 min manatdan baha satmaq olmur". A.Yusubov bildirib ki, bu ev əgər payıza qədər satılmasa qiyməti 115 min manata düşəcək. Başqa sözlə, fors major bir hal olmasa ilin sonuna kimi Bakıda mənzillər 10-15% ucuzlaşacaq.