Aprel ayında Bakıda evlər yenidən bahalaşıb.
Bunu açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, qiymət artımı daha çox köhnə mənzillərdə müşahidə edilir. Bunun da əsas səbəbi bankların ipoteka kreditlərini yenidən bərpa etməsidir. Bu da daşınmaz əmlak bazarında aktivliyin artmasına təsir edib. Daha çox iri yaşayış məntəqələrində, xüsusilə də Yasamal rayonu, mikrorayonlar və metroətrafı ərazilərdə 2-3 otaqlı mənzillər satılır.