Xəbər verildiyi kimi, bu gün Suraxanı rayonunun Hövsan qəsəbəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci sosial mənzil layihəsi olan layihəsi olan Hövsan Yaşayış Kompleksinin tikintisi başlanıb. Mərasimdə bu gün ad gününü qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Bəs yeni kompleksdə hansı mənzillər inşa ediləcək və əhali bu mənzilləri neçəyə ala biləcək?
FED.az xəbər verir ki, Hövsan Yaşayış Kompleksində 11 çoxmənzilli yaşayış binası olacaq. Onlardan 7-si yeddimərtəbəli, 4-ü isə onmərtəbəli bina olacaq. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq.
Mənzillərin 280-i birotaqlı, 1481-i ikiotaqlı, 940-ı üçotaqlı, 301-i isə dördotaqlı olacaq. 1 otaqlı mənzillərin sahəsi 32-35 m2, ikiotaqlı mənzillərin sahəsi 51-54 m2, üçotaqlı mənzillərin sahəsi 64-68 m2, dördotaqlı mənzillərin sahəsi isə 79-86 m2 təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.
Xatırladaq ki, qaydalara görə sosial mənzillər yerləşdikləri ərazidəki orta qiymətlərdən 20-25% ucuz qiymətə satılacaq. FED.az-ın mənzil bazarında apardığı müşahidələrə görə, hazırda Hövsan qəsəbəsinin də yerləşdiyi Suraxanı rayonunda mənzillənrin 1 kvadratmetrinin qiyməti təqribən 1000-1050 manat ətrafındadır. Sosial mənzillərin Hövsanda yerləşdiyini və 20-25%-lik sosial endirimi də nəzərə alanda buradakı mənzillərin satış qiyməti 700-750 manat ətrafında dyişəcək. Bu, hazırda Bakı şəhəri ərazisində inşa edilən yeni tikililər arasında ən ucuz qiymətdir. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.
Mənzillərin sahəsini də nəzərə alanda 1 otaqlı mənzillərin (sahəsi 32-35 m2) qiyməti təqribən 24-25 min manat, ikiotaqlı mənzillərin (sahəsi 51-54 m2) qiyməti 37-38 min manat, üçotaqlı mənzillərin (sahəsi 64-68 m2) qiyməti 47-49 min manat, dördotaqlı mənzillərin (sahəsi 79-86 m2) qiyməti isə 58-60 min manat təşkil edəcək.
Bu o deməkdir ki, mənzillərin sosial ipoteka krediti ilə alanlar bir otaqlı mənzillərə görə, 2500 manat, 2 otaqlılara görə təqribən 4 min manat, 3 otaqlılara görə təqribən 5 min manat, 4 otaqlı mənzillərə görə isə təqribən 6300 manat ilkin ödəniş verməli olacaqlar.
Bu o deməkdir ki, bu qiymətləri əsas götürməklə hesablasaq, mənzilləri 25 illik kreditlə götürənlər bir otaqlı mənzillərə görə, ayda təqribən 118 manat, ikiotaqlılara görə ayda 180 manat, üçotaqlılara görə 235 manat, 4 otaqlı mənzilllərə görə isə təqribən 300 manat ödəniş edəcəklər.