Bakının Nizami rayonunda ikimərtəbəli yaşayış binasının sökülməsinə başlanılıb.
Bakının bu ünvanında evlər söküləcək – Kvadratına 3 min manat kompensasiya veriləcək
FED.az xəbər verir ki, bina Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində yerləşir.
Həmin binadan artıq sakinlər tam köçürülüb.
Sakinlərin bildirdiyinə görə, bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.
Həmçinin proses davam edənədək köçürülən ailələrin kirayə haqqı qarşılanacaq.
Qeyd edək ki, Bakının Nizami rayonunda bir neçə yaşayış binasının sökülməsinə başlanılıb. (Trend)