Babək prospektində fəaliyyət göstərən və “Təkər aləmi” kimi tanınan bazarda söküntü işlərinə başlanılıb.
Bakının bu ərazilərində də söküntü başlayır - 2700 manat kompensasiya ödəniləcək
FED.az xəbər verir ki, uzun illərdir çalışan təxminən 100-ə yaxın sahibkar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb.
Sahibkarlara ərazini boşaltmaları üçün aprelin 30-na qədər vaxt verilib.
Məlumata görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Tikinti başa çatdıqdan sonra sahibkarların yenidən əvvəlki yerlərinə qayıda biləcəyi qeyd olunub.
Ərazi özəl mülkiyyətdədir. (Milli.az)










