Suraxanı rayonu Zığ qəsəbəsindəki bəzi fərdi yaşayış evləri söküləcək.
Bu ünvanda evlər plana düşdü – Sakinlərə 2000 manat pul veriləcək
FED.az xəbər verir ki, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müvafiq qərar imzalayıb
Qərara səbəb isə sözügedən evlərin sürüşmə sahəsində yerləşməsidir.
Buna görə də orada yerləşən 1 ədəd ikimərtəbəli və 3 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evləri söküləcək.
Artıq söküntü işləri ilə bağlı hazırlıqlara başlanılıb. (İqtisadiyyat.az)