Yeni tikilən evlərin qiymətləri bahalaşıb. Bu həm bina həm də fərdi evlərdə müşahidə edilir.
Eləcə də bax: Azərbaycanlılar 5 ayda bu ölkədə 429 mənzil alıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Xəzər tv-yə müsahibəsində Əmlak eksperti Nofəl Quliyev məlumat verib.
O, bildirib ki, bu artım son aylarda müşahidə edilir. Səbəb də tikinti materiallarının qiymətlərinin kəskin bahalaşmasıdır. Ekspertin sözlərinə görə, tikinti materialları bazarında 2-3 ayda təxminən 15-20%-ə qədər bahalaşma var. Bu da yeni tikilən həm bina, həm də həyət evlərinin qiymətinə təsir edir.
Qeyd edək ki, 1-ci zona hesab edilən şəhərin mərkəzində əvvəllər yeni tikilən binada 1-kv/m 1600-1800 manata təklif olunan evlər, indi 1850-2000 manatadır. Ekspert deyir ki, son bir neçə ildə daşınmaz əmlak bazarında qiymətlər stabil olaraq qalırdı. Tikinti mterialların bahalaşması fonunda fərdi ev və mənzil bazarındakı cari vəziyyət, qiymət artımı bu sektoradakı dinamikaya böyük təsir göstərib. Qiymət artımı hətta şəhərin mərkəzindən kənarda hesab edilən 3-cü zonada da müşahidə olunur. Xətai rayonu, Əhmədli, Həzi Aslanov metro stansiyalarının ətrafında son iki aya qədər kvadratı 700-800 manata satılan evlər, indi 900-1 100 manata qədər qalxıb. Eynilə bu Qaraçuxur, Günəşli və Bakıxanov qəsəbələrində də belədi.
Bir mərtəbələli həyət evinin tikintisi ümumi 30 000-35 000 manata başa gəlirdisə, indi həmin birmərtəbəli, məsələn 100-110 kvadratlıq mənzilin tikintisi 35 000-40 000, 45 000 manat civarında dəyişir. Tikinti materiallarının qiyməti artdıqca fərdi yaşayış mənzillərinin də tikintisin də artım müşahidə olunur.