Daşınmaz əmlakların dövlət reyestrində qeydiyyata alınması üzrə səyyar xidmət martın 10-13-də paytaxtın Kürdəxanı qəsəbəsində göstəriləcək.
Eləcə də bax: Bakının qəsəbə və kəndlərində - "KUPÇA" VERİLƏCƏK
FED.az Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata istinadən xəbər verir ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə sakinlər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi 7 (Qəsəbə nümayəndəliyinin qarşısı) ünvanındakı mobil ofisə yaxınlaşaraq qeydiyyat xidmətlərindən yararlanacaq.
Eləcə də bax: Kirayə mənzillərlə bağlı vətəndaşlardan - SƏNƏD QƏBULU BAŞLANDI
Fərdi yaşayış evi, torpaq sahəsi, qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakları dövlət qeydiyyatına almaq istəyən şəxslər səyyar xidmət ofisinə müraciət edə bilərlər. Vətəndaşlar qeydiyyat üzrə sənədlərin qəbulu, hüquqi məsləhətlərin verilməsi və sualların cavablandırılması ilə bağlı saat 10:00-dan 17:00-dək səyyar xidmət avtobusuna yaxınlaşmalıdırlar. Kampaniyanın birbaşa ünvanlarda keçirilməsi vətəndaşların xidmətlərdən rahat formada istifadəsinə yönəlib.