Bakıda yeni bir park salınır. Artıq ərazidə söküntü işləri də aparılıb.
Bakıda söküntülər başladı: Kompensasiya sakinləri qane etmir - VİDEO
FED.az xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu, 8-ci Zavod küçəsi adlanan ərazidən gedir. Belə ki, ərazidə yaşayan sakinlərin sözlərinə görə, sözügedən yerdə işlər bir neçə aydır başlayıb.
Artıq ərazidəki müxtəlif təyinatlı binalar eyni zamanda yaşayış evləri sökülüb.
Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən bildirildi ki, estetik görkəmin yenilənməsi ilə əlaqədar olaraq ərazidə layihələndirmə işləri həyata keçirilib.
Verilən məlumata görə, işlərin qısa vaxt ərzində başa çatdrılması planlaşdırılır.