Hal-hazırda keçmiş “Sovetski” kimi tanınan ərazidə söküntü işləri aparılır.
Bakıda söküntülər başladı: Kompensasiya sakinləri qane etmir - VİDEO
FED.az xəbər verir ki, etibarlı mənbədən əldə edilən məlumata görə, köçürülən sakinlərlə razılıq əldə edilmiş və onlara qanunamüvafiq kompensasiyalar ödənilib.
Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrini əhatə edir.
Bu proses Yasamal rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.
Sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb yerində isə park salınması gözlənilir. (Trend)