Bu yay Bakıətrafı qəsəbələrdə yerləşən bağ evlərinə təlabatı azalıb.
Dövlət xətti ilə indiyədək - 3776 MƏNZİL KİRAYƏ VERİLİB
FED.az xəbər verir ki, bunu Bakıətrafı qəsəbələrdə evlərin icarəsi ilə məşğul olanlar bildirib.
Onların sözlərinə görə, bağ evlərinə tələbat havanın necə keçməsindən asılıdır. Bu il yay mövsümündə havaların tez-tez dəyişməsi bağ evlərinə marağı azaldıb. Bu səbəbdən hazırda bağ sahibləri evlərini ucuz qiymətə təklif edirlər.
Məsələ ilə əlaqədar əmlak üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bağ evlərinə marağın azalması pandemiyanın zəifləməsi ilə əlaqədardır.
"Pandemiyaya görə bağ evlərinin də qiyməti kəskin bahalaşmış və tələbat artmışdı. Lakin hazırda pandemiyaya görə qoyulan qadağalar aradan qaldırıldıqdan sonra Bakıətrafı bağ evlərinə marağın azalması təbiidir. Lakin demək olmaz ki, tələbat və qiymət çox aşağı düşüb", - deyə o qeyd edib. (Trend)