Bakıda Badamdar qəsəbəsində 3-cü massiv adlanan ərazidə (Veloparkın üstü) “High Park Residence” adlı villalar şəhərciyinin tikintisinə başlanacağı bildirilir.
"Alatava 1"in sökülməsi mənzil bazarına necə təsir edəcək? - AÇIQLAMA
FED.az xəbər verir ki, layihənin reklamlarında “High Park Residence” layihəsinin Azərbaycanda ilk modernizm üslubunda inşa edilən şəhərcik" olacağı iddia edilir.
Bakının mərkəzindən 7 dəqiqəlik məsafədə tikiləcək şəhərcikdə müasir və premium "şəxsi villa"lar təklif olunur. Verilən məlumatlara görə, bu villaların sahəsi 300 - 500 kvadrat metr civarındadır. Hər bir villa 2-6 sot şəxsi həyətyanı sahəyə malikdir. Həyətyanı sahədə şəxsi avto-dayanacaq və şəxsi hovuz da olacaqdır. Layihədə yeraltı yanğından mühafizə və içməli su anbarı, idman və uşaq meydançası, generator binası və s. nəzərdə tutulur. Villaların bəzilərinin dəniz mənzərəli olacağı da qeyd edilir.
"Məxfilik, komfort və eleqantlığı qiymətləndirənlər üçün müasir premium şəhərcikdə “ŞƏXSİ VİLLA” ən yaxşı seçimdir", - layihənin sosial media səhifəsində bildirilir. Reklamlarda qeyd edilir ki, “High Park Residence” layihəsində villa almaq "2024-cü ilə investiya etməkdir". (Marja)