Azərbaycanda bir çox vətəndaşlar yaşamaq üçün Bakıya can atırlar. Amma paytaxtda mənzil sahibi olmaq elə də asan məsələ deyil. Əksər vaxt ev satın ala bilmək üçün müəyyən prosedurlardan keçmək lazım gəlir. Ən vacib məqam isə əlbəttə ki, yetəri qədər məbləğə sahib olmaqdır.
FED.az xəbər verir ki, Bakucity.az hazırda Bakıda satışa çıxarılan ən ucuz və ən bahalı mənzili müəyyənləşdirib.
Ən ucuz mənzil
Bina.az saytının verdiyi məlumata görə, bugünlərdə Bakıda ən ucuz ev Nərimanov rayonu, Dərnəgül metrosu, Ayna Sultanova heykəlinin yaxınlığındadır. 5 mərtəbəli yataqxananın 4-cü mərtəbəsində yerləşən 1 otaqlı ev (22 kv. m.) təmirsiz və çıxarışsızdır (“kupça”). Hərçənd elana görə, evin qeydiyyat sənədi var. Buna görə də evi almaq istəyən şəxslər çıxarış əldə edə bilərlər.
Mənzilin qiyməti 13,000 manatdır.
Kateqoriya |
Köhnətikili |
Mərtəbə |
4/5 |
Sahə |
22 m² |
Otaqsayı |
1 |
Çıxarış |
Yoxdur |
Ən bahalı mənzil
Bakıda ən bahalı və ən gözəl mənzillərə sahib olmaq istəyənlərin də sayı az deyil. Daşınmaz əmlak saytlarında hədsiz bahalı mənzil elanlarına maraq da bunu sübut edir. Bakucity.az saytı oxucuları üçün hazırda Bakıdakı ən bahalı və dəbdəbəli mənzili də müəyyənləşdirib.
Bina.az saytındakı məlumata görə, indilərdə Bakıdakı ən bahalı ev Səbail rayonu "Port Baku Residence" kompleksində yerləşən 8 otaqlı penthausdur. Böyük terraslı və Xəzər dənizi mənzərəli bu ev ipoteka ilə satılır. Yeraltı qarajdakı 3 maşınlıq dayanacaq da məbləğə daxildir.
Evin qiyməti 3,600,000 manatdır.
Kateqoriya |
Yenitikili |
Mərtəbə |
16/33 |
Sahə |
1000 m² |
Otaqsayı |
8 |
Çıxarış |
Var |
3,6 milyon manatı olan şəxslər hazırda Bakıdakı ən gözəl mənzilə sahib ola bilərlər.