Nazirlər Kabineti deputatların dövlət universitetlərinin yataqxanaları ilə bağlı təkliflərinə cavab verib.
Belə ki, deputatlar Milli Məclisdə hökumət üzvlərindən xahiş ediblər ki, dövlət universitetlərinin yataqxana peoblemi həll olunsun: “Məsələ bir neçə dəfə vurğulanıb, gündəmdədir və ümid edirik ki, yaxın zamanda həllini tapacaq”.
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin deputatlara cavabında bildirilib ki, Bakıda yerləşən ali məktəblərdə təhsil alan tələbələrin ehtiyacı nəzərə alınıb. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 844 yerlik müasir yataqxana kompleksinin tikintisinə başlanılıb. Yataqxana növbəti tədris ilində tələbələrin istifadəsinə veriləcək.