Banner

İnşaat və əmlak

Bakıda 14 milyon manata hotel satılır - FOTO

Bakıda 14 milyon manata hotel satılır - FOTO | FED.az
12:24 2 İyun 2021

Bakının mərkəzində, “Port Baku” ilə 800 metr məsafədə yeni tikilmiş lüks butik hotel satışa cıxarılıb.

Eləcə də bax: Beynəlxalq otel brendi Bakıda açılır – Fotolar

FED. az xəbər verir ki, bu barədə ölkənin əmlak satışı ilə məşğul olan saytlarının birində elan yerləşdirilib.

Məlumata görə, hotelin 1-ci mərtəbsində 2 ədəd İtalya dizaynerləri tərəfindən dizayn olunmuş yeni restoran yerləşir. Otel 5 mərtəbədən və zirzəmidən ibarətdir.

Belə ki, hotelin 5 mərtəbə, 3 otaq və 2 otaq mənzillərdən ibarətdir. Otaqların sayı 50 ədəddir. Mərkəzi istilik və havalandırma sistemi ilə təchiz edilib.

Həmçinin bildirilib ki, hoteldə camaşırxana da mövcuddur. Otelin sahəsi 2500 kv m təşkil edir. Tam təmirli, bütün mebel və avadalıqla təchiz olunub.

Əlavə edilib ki, hotelin aylıq 50 min manatlıq icarəyə vermək imkanı da var.

Hitelin qiyməti isə 14 milyon manat təşkil edir. (İndex.az)

 

Bakıda 14 milyon manata hotel satılır - FOTO







 

Banner
Banner

Digər xəbərlər