İndiyədək 131 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Eləcə də bax: Bakıda «novostroyka»da yaşayanlar üçün - YENİ XİDMƏT BAŞLAYIR
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindənFED.az-a bildirilib ki, nazirlik tərəfindən mənzil-kommunal sahəsində yeni münasibətlərin, mənzil fondunun idarə olunmasında yeni üsulların tətbiqi istiqamətində maarifləndirmə və təbliğat işləri aparılır.
Yerli icra hakimiyyəti orqanları və bələdiyyə nümayəndələrinin, sahə mülkiyyətçilərinin iştirakı ilə tədbirlər təşkil edilir, mənzil mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir.
Eləcə də bax: Bakı «novostroyka»larında xidmət haqqının yeni üsulla - ÖDƏNİŞİ BAŞLANIB
Aparılan maarifləndirmə işlərinin və sahə mülkiyyətçilərinin binaların idarə olunmasında marağının artmasının nəticəsi olaraq, çoxmənzilli binalarda yaradılan mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı artır. Belə ki, indiyədək 131 MMMC Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin dəstəklənməsi istiqamətində işlər davam etdirilir.
Eləcə də bax: Binaları yeni üsulla idarə edirik – GÜVƏNLİ VƏ SƏMƏRƏLİ – YENİ XİDMƏT - MÜSAHİBƏ