Bakının Sabunçu qəsəbəsində "Stansiyanın yanı, 32" adlanan ünvanda yerləşən bir əsrlik tarixə malik bina sökülə bilər.
Bakıda bütün - KÖHNƏ BİNALAR SÖKÜLƏCƏK
FED.az xəbər verir ki, binanın qəzalı vəziyyətdə olması təsdiq edilib.
Sabunçu Rayon İcra Hakmiyyətindən bildirilib ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev (keçmiş Stansiyayanı) küçəsi, ev 32 ünvanında yerləşən, 2 mərtəbəli, 3 girişli, 22 mənzilli yaşayış binası 1898-ci ildə inşa olunub.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən tərtib olunmuş 17 noyabr 2015-ci il tarixli aktla həmin binanın texniki cəhətdən qəzalı olduğu müəyyən edilib və istismar üçün təhlükəli hesab olunub.
Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının inventarizasiya edilməsi və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi” haqqında 25 aprel 2022-ci il tarixli, 96 saylı sərəncamına əsasən, sözügedən binanın texniki göstəriciləri haqqında məlumatlar aidiyyəti üzrə təqdim olunub. (Trend)