Abşeron rayonu ərazisində min nəfərdən artıq ailə üçün nəzərdə tutulan yaşayış kompleksinin inşası nəzərdə tutulur.
Eləcə də bax: Dövlət bu il 7 min ailəyə - EV VERƏCƏK
FED.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Sumqayıt şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Abşeron rayonu ərazisində zəruri sosial-texniki infrastrukturu olan 1008 ailəlik yeni yaşayış məhəlləsinin layihələndirilməsi üzrə tenderə yekun vurub. Tenderdə «ARXİN-M LTD» MMC qalib gəlib.